Uzun fasilədən sonra yenidən kortlara qayıdışını elan edən Serena Uilyams ilk görüşündə qalib gəlib.

Amerikalı 23 qat “Böyük Dəbilqə” çempionu kanadalı Viktoriya Mboko ilə birgə Londonda keçirilən WTA-500 turnirinin ilk mərhələsində iştrak edib. Onlar ABŞ təmsilçisi Nikol Melikar-Martines və Yeni Zelandiyadan olan Erin Rutliff duetinə iki setdə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Qarşılaşma 1 saat 32 dəqiqə davam edib. Matç ərzində Uilyams və Mboko iki eyslə yadda qalıb, üç dəfə ikiqat səhvə yol verib və əldə etdikləri beş breyk imkanından üçünü dəyərləndiriblər.

Shares: