Formula 1 üzrə dünya çempionatının lideri Andrea Kimi Antonelli, “Maklaren”in çempion pilotu Lando Norris və “Uilyams”ın təmsilçisi Aleks Albon Barselona  Qran-prisinin ilk sərbəst yürüşündə iştirak etməyəcəklər.

“Mersedes”in bolidini ilk məşq sessiyasında ehtiyat pilot Frederik Vesti idarə edəcək. “Maklaren”də Norrisin yerinə Leonardo Fornaroli çıxış edəcək. “Uilyams” komandasında isə Albonu Lyuk Brauninq əvəzləyəcək. Brauninq həmçinin Avstriya Qran-prisinin ilk sərbəst yürüşündə Karlos Saynsın yerinə sükan arxasına keçəcək.

Qeyd edək ki, Formula 1 komandaları mövsüm ərzində gənc və ehtiyat pilotlara müəyyən sayda sərbəst yürüş sessiyalarında iştirak imkanı verməlidirlər. Bu dəyişikliklər də həmin qaydanın tələbləri çərçivəsində həyata keçirilir.

Shares: