“Qarabağ”ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçiriləcək “Sozopol Cup” turnirində iştirak edəcək.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 13-18 iyun tarixlərində Tsarevo şəhərində təşkil ediləcək turnirdə 12 komanda mübarizə aparacaq. “Qarabağ” C qrupunda Bolqarıstan təmsilçiləri “Levski” (Sofiya), “Botev” (Plovdiv) və “Etar”la (Veliko Tarnovo) üz-üzə gələcək.
14 iyun. “Etar” – “Qarabağ”
15 iyun. “Qarabağ” – “Botev”
16 iyun. “Qarabağ” – “Levski”
Qrup qalibləri və ikinci yeri tutan komandalardan ən yaxşı göstəriciyə sahib kollektiv yarımfinala vəsiqə qazanacaq.






