“Şamaxı”dan maraq var idi. Klub rəhbərliyi ilə danışıqlarımız oldu və mənə təqdim olunan layihə diqqətimi çəkdi. Açığı, başqa variantlar da dəyərləndirilirdi, amma bütün məqamları nəzərə aldıqdan sonra mənim üçün ən uyğun seçim “Şamaxı” oldu. Komandanın qarşıdakı mövsümlə bağlı planları və hədəfləri məndə müsbət təəssürat yaratdı”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Emin Rüstəmov deyib.

Müdafiəçi yeni komandası barədə fikirlərini də bölüşüb: “Şamaxı”nı həmişə meydanda sona qədər mübarizə aparan, intizamlı və xarakterli komanda kimi tanımışam. Bu klubun bir parçası olmaq mənim üçün xoşdur. Burada özümü inkişaf etdirmək və komandaya fayda vermək istəyirəm. Hələlik baş məşqçi Azər Bağırovla ətraflı söhbət etmək imkanımız olmayıb. Yəqin ki, yaxın günlərdə görüşəcəyik və komandanın qarşıdakı planları, məndən gözləntilər barədə daha geniş danışacağıq”.

Sonda Emin həm öz hədəflərindən, həm də komandanın məqsədlərindən söz açıb: “Özümü mübarizəni sevən, oyunu yaxşı oxumağa çalışan və komanda yoldaşlarımla düzgün əlaqə qurmağı bacaran futbolçu hesab edirəm. Hər zaman meydanda maksimum gücümlə oynamağa çalışıram. Əsas məqsədim sabit çıxış etmək, məşqçilər korpusunun etimadını doğrultmaq və komandama faydalı olmaqdır. Komanda olaraq da qarşıdakı mövsümdə mümkün qədər uğurlu nəticələr əldə etmək, azarkeşlərimizi sevindirmək və turnir cədvəlində layiq olduğumuz yerlər uğrunda mübarizə aparmaq istəyirik”.

GÜNAY SÜLEYMANOVA

Shares: