Futbol üzrə dünya çempionatında Niderland və Yaponiya yığmaları arasında keçirilən E qrupunun matçının ən yaxşı oyunçusu bəlli olub.
Futbolinfo.az xəbər verir ki, avropalıların heyətində Vircil van Deyk oyunun ən yaxşısı adına layiq görülüb.
Adıçəkilən müdafiəçi Yaponiya ilə qarşılaşmada (2:2) komandasının ilk qolunu vurub.






