Tunis millisində baş məşqçi istefaya göndərilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə jurnalist Romen Molina sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, fransalı mütəxəssis Sabri Lamuşi Tunis millisinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
Bu qərarın DÇ-2026-nın qrup mərhələsinin ilk turunda İsveçə 1:5 hesablı ağır məğlubiyyətdən sonra verildiyi bildirilir. Sabri Lamuşi 2026-cı ilin yanvarından Tunis millisinə rəhbərlik edirdi.
Digər Tunis mənbələri bildirir ki, rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.






