“Milan”ın Ruben Amorimlə müqaviləsinin detalları bəlli olur. İtaliya klubu Massimiliano Alleqriyə xələf olacaq portuqaliyalı baş məşqçi ilə uzunmüddətli anlaşma imzalamaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, ilk olaraq çalışdırıcı ilə iki illik anlaşma əldə olunduğu deyilirdi. İndi isə bəlli olur ki, Amorim 2029-cu ilin yayınadək müqavilə bağlayacaq. Üstəlik, həmin müddətin daha bir il uzadılmasının mümkünlüyü ilə bağlı bənd olacaq.
Xatırladaq ki, Amorim ötən mövsümün gedişində “Mançester Yunayted”dən qovulub.






