“Qarabağ” klubu futbolçusu Kevin Medina ilə yolları ayırıb.
Bu barədə Futbolinfo.az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Bir illik müqaviləsi qalan oyunçu ilə anlaşma ikitərəfli razılıq əsasında pozulub.
33 yaşlı kolumbiyalı müdafiəçi Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın formasını 2020-ci ildən geyinirdi. O, Portuqaliyanın “Şaviş” klubundan transfer olunmuşdu.
Medinanın Malayziyanın “Johor” klubundan çox sərfəli təklif aldığı deyilir.






