“Maklaren” komandasının Vokinqdə yerləşən bazasında Formula 1 üzrə ikiqat dünya çempionu Mika Hakkinenin heykəlinin açılışı olub.
Mərasimdə fin pilotun özü, “Maklaren”in baş direktoru Zek Braun, komanda rəhbəri Andrea Stella, pilotlar Lando Norris, Oskar Piastri və işçi heyəti iştirak edib.
Heykəldə Hakkinen 1998-ci ildə Suzukada ilk titulunu qazandığı anda təsvir olunub.
“Həmişə xatırlayacağım bir gündür. Zek Brauna və bütün “Maklaren” ailəsinə təşəkkür edirəm. Mən bu ailəyə 35 il əvvəl qoşulmuşam, DNT-miz və qalibiyyət ruhumuz hələ də eynidir”, – Mika qeyd edib.







