“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Futbolinfo.az xəbər verir ki, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

“Ağ-qaralar” bu raundda “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakı klubu ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

Shares: