Dünya reytinqinin 15 nömrəsi, italiyalı tennisçi Lorenzo Muzetti Uimbldon turnirində iştirak etməyəcək. O, Romada keçirilən “Masters” turnirində aldığı omba zədəsi səbəbindən yarışdan kənarda qalıb. Onun yerinə Matteo Berrettini əsas yarışda iştirak edəcək.

“Romada aldığım zədənin sağalma prosesi barədə məlumat vermək istəyirəm: reabilitasiyam çox yaxşı gedir və tibbi nəticələr ümidvericidir. Təəssüf ki, hələ tam məşqlərə başlaya bilmədiyim üçün bu il Uimbldonda yarışa bilməyəcəyim barədə ağır bir qərar verməli olduq. Bu, asan olmasa da, düzgün qərardır. Mənim prioritetim korta 100% formada qayıtmaqdır. Dəstəyiniz üçün təşəkkür edirəm – tezliklə görüşənədək”, – deyə Muzetti sosial mediada yazıb.

Keçən il Uimbldonda Muzetti ilk turda Gürcüstan təmsilçisi Nikolos Basilaşviliyə məğlub olmuşdu.

Shares: