“Opta” analitik platforması qrup mərhələsinin ilk turu başa çatdıqdan sonra 2026-cı il dünya çempionatında qalib gəlmə ehtimalı proqnozunu yeniləyib. “Opta”nın məlumatına görə, titulu qazanmaq üçün ən yüksək şansa Fransa millisi sahibdir — 15,73%.

Fransadan sonra ilk 10-luqda bu komandalar qərarlaşıb:

İngiltərə — 12,33%, Argentina — 12,28%, İspaniya — 12,08%, Almaniya — 6,43%, Portuqaliya — 5,94%, Braziliya — 5,37%, Norveç — 4,68%, Niderland — 3,06%, Kolumbiya — 2,80%.

Üç komanda — Haiti, Kürasao və İordaniya — kuboku qazanmaq üçün 0% şansa malikdir.

Xatırladaq ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Proqnozda liderlik edən hər üç milli komanda qrup mərhələsinin ilk oyunlarında qələbə qazanıb.

4d2bb996 ac33 460e 8974 a48a00bd4d72 - Futbolinfo.az
Shares: