Bu gün qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Futbolinfo.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi müəyyənləşib.

Bakı təmsilçisi bu mərhələnin 1-ci qrupunun yarımfinalında Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşacaq. Cütün qalibi finalda PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.

Birinci mərhələnin yarımfinal oyunları iyulun 22-də, final görüşləri isə iyulun 25-də keçiriləcək.

Shares: