Argentina millisinin azarkeşləri 2026-cı il dünya çempionatının oyununa gedərkən atəşə məruz qalıblar.

Onlar taksi ilə stadiona doğru hərəkət edərkən naməlum cinayətkar avtomobilə odlu silahdan atəş açıb.

Hadisə nəticəsində taksi sürücüsü yaralanıb, azarkeşlər isə xəsarət almayıblar. “The New York Times” qəzetinin məlumatına görə, polis argentinalı fanatların stadiona çatmasına patrul maşınları ilə kömək edib.

Qeyd olunur ki, hazırda ABŞ hüquq-mühafizə orqanları atəş açan şəxsi axtarır. Onun şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.

Argentina – Əlcəzair (3:0) matçı ərəfəsində Kanzasda beş atışma qeydə alınıb. Nəticədə bir nəfər həyatını itirib, taksi sürücüsü də daxil olmaqla dörd nəfər isə yaralanıb.

Shares: