Aparıcı Florensiya Penya, Argentina millisinin hücumçusu Lionel Messinin atası Xorxe Messinin vəfatı barədə yalan məlumat verdikdən sonra Argentinanın striminq xidməti olan “Luzu TV”-dən qovulub.

Bu barədə “Infobae” onlayn nəşri məlumat yayıb. Sabiq jurnalist əvvəlcə Xorxeninin öldüyünü xəbər verib, daha sonra isə bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib. Qeyd edək ki, Penya baş verənlərə görə Lioneldən üzr istəyib.

2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Son dünya çempionu olan Argentina millisi ilk oyunda 3:0 hesablı qələbə qazanıb. Bu hadisədən sonra Messinin ailəsi atasının xəstə olduğunu bildirib. Amma onlar ailədaxili məslələrdə həssas davranmağı tələb ediblər.

Shares: