“Neftçi” legioner futbolçusu Cordan Rezabala ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Paytaxt klubu futbolçuya təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Ötən ilin yayında transfer olunmuş ekvadorlu yarımmüdafiəçi bu komandanın heyətində 26 rəsmi oyun keçirib.

Shares: