“Belə hal 50 ildən bir baş verir”. Bunu Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella deyib.

İtaliyalı mütəxəssis DÇ-2026-nın qrup mərhələsində Paraqvaya qarşı keçirilən oyundan sonra məğlubiyyəti şərh edib: “Çox üzgünəm. Türkiyə milləti adından böyük gözləntilər var idi. Bizim də gözləntilərimiz çox böyük idi. Futbolçuların necə əziyyət çəkdiklərini bilirəm. 35 ildir futbolun içindəyəm. Belə hal adətən 50 ildə bir dəfə baş verər, amma bizim başımıza cəmi iki oyunda gəldi. İki matçda qapıya 65 zərbə vurduq, topa sahibolma faizindən isə heç danışmıram. Bəxt bu dəfə bizim tərəfimizdə deyildi. Futbolçularımıza dedim ki, başlarını dik tutsunlar. Bəzən deyirlər ki, qismətdən o yana yol yoxdur”.

Montelle oyunçularının tərəfini saxlayıb: “Mən həmişə futbolçularımızın nə qədər çalışqan və nə qədər istəkli olduqlarına baxıram. Meydandakı ruhlarına və mübarizə əzmlərinə diqqət yetirirəm. Hamısında inanılmaz bir istək və həvəs var idi. Hər iki oyunda sonadək mübarizə apardılar. Mən onlara hər zaman dəstək olacağam. Heç kim məsuliyyətdən yayınmadı, hər kəs əlindən gələni etdi və mübarizə göstərdi. Təəssüf ki, bu dəfə alınmadı”.

Qeyd edək ki, Türkiyə seçməsi D qrupundakı ikinci matçında Paraqvaya 0:1 hesabı ilə uduzub. Bu nəticədən sonra “ay-ulduzlular”ın növbəti mərhələyə yüksəlməyəcəyi dəqiqləşib.

Shares: