Türkiyə milli komandası DÇ-2026-nın D qrupunun 2-ci turunun matçında Paraqvaya 0:1 hesabı ilə uduzaraq növbəti mərhələyə yüksəlmək şansını itirib.

Matçdan sonra qardaş ölkənin yığmasının yarımmüdafiəçisi Arda Gülər üzr istəyib: “Həqiqətən də deyiləcək çox söz yoxdur. Çox məyusuq, utanırıq. Xalqımızdan üzr istəyirik. Bundan sonrakı turnirlərdə əlimizdən gələni etməyə çalışacağıq. Çox böyük klublarda oynayırıq, belə olmamalı idi. Komanda daxilində heç bir problem yoxdur. Sadəcə, meydanda istədiklərimizi həyata keçirə bilmədik”.

Hakan Çalhanoğlu a komandanın əlindən gələni etdiyini, lakin nəticənin onların xeyrinə olmadığını deyib: “Söz tapmaq çətindir. Bütün gücümüzü ortaya qoyduq, amma bu kifayət etmədi. Zərbə vururuq, qol olmur, top dirəyə dəyir. Bu bəxtsizlikdir. Rəqib bir zərbə ilə qol vurdu və matçı qazandı. Bütün xalqımızdan üzr istəyirəm. Gənc komandamız var. Qarşıda bizi daha çox turnirlər gözləyir. Bəlkə də bu, mənim son turnirimdir. Amma gənc futbolçularımızı dəstəkləməyinizi xahiş edirəm”.

Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsində xal qazana bilməyib və 3-cü turun nəticəsindən asılı olmayaraq, pley-offa yüksəlmək şansını itirib.

Shares: