Yeni mövsümdən etibarən Azərbaycan 1-ci liqasında çıxış edəcək “Xankəndi” klubunun məşqçilər korpusunda dəyişiklik baş verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Baş məşqçinin köməkçisi Ceyhun Cavadovla qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verilib.
Xatırladaq ki, “Xankəndi” ötən mövsüm 2-ci liqada çempionluğunu rəsmiləşdirərək 1-ci liqaya vəsiqə qazanıb.






