“Neftçi”nin 3×3 basketbol komandası Dünya Qadın Seriyasında Sumqayıt mərhələsində finala yüksəlib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət millisi mübarizəni təsnifat oyunlarında dayandırsa da, “Neftçi” klubu ilk qrup oyununda Çinin “Yanjing” klubuna 21:18, ikinci matçında isə Çin millisinə 15:13 hesabı ilə qalib gəlib və qrup lideri olaraq 1/4 finala vəsiqə qazanıb.

“Neftçi” bu mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq.

Shares: