Kepa Arrizabalaqa tezliklə klubunu dəyişəcək. “Arsenal”da heyət üzü görməyən qapıçı yeni təkliflər alıb.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı qapıçının londonlularla daha iki illik müqaviləsi var. Ötən yay “Çelsi”dən 5,8 milyon avroya alınan qolkiperin dəyəri bir az da aşağı düşüb. Bu amil onun müştərilərinin sayını artırıb.
Kepa özü də İngiltərə pataxtında qalmaq istəmir və daim oynayacağı komandaya can atır. Vaxtilə “Çelsi”nin 80 milyon avroya aldığı ispana indi yalnız “Beşiktaş”, “Komo”, “Xetafe” və “Panatinaikos” maraq göstərir.






