“Bayer” Kay Havertsi transfer etmək istəyir. Leverkuzenlilər Almaniya yığmasının hücumçusunu bu yay heyətinə qatmaq üçün çalışır.

Lakin keçidin baş tutacağı real görünmür. Londonluların baş məşqçisi Mikel Arteta forvardın gedişinin əleyhinədir. İspan çalışdırıcı yalnız daha yüksək səviyyəli hücumçu alacaqları təqdirdə bu trnsferə icazə verə bilər.

Havertsi 60 milyon avrodan artıq qymətə dəyərləndirilməsi də “Bayer” üçün çətinlik yaradır. Üstəlik həftəyə 280 min funt-sterlinq qazanan Kayın maaş tələblərini ödəmək asan deyil. Yəqin ki, “Bayer”in istəyi elə istək olaraq qalacaq.

Xatırladaq ki, “Bayer” yetirməsi olan Haverts 2000-ci ildə 100 milyon avro qarşılığında “Çelsi”yə satılmışdı. 3 il sonra “Arsenal” 75 milyon ödəyərək onu düşərgəsinə gətirib. Onun daha iki illik müqaviləsi mövcuddur.

Shares: