Azərbaycanın kişi voleybolçulardan ibarət yığması bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək. Boris Qrebennikovun baş məşqçi olduğu komanda Portuqaliya ilə qarşılaşacaq.

Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 18:00-da başlayacaq.

Qeyd edək ki, milli Bakıda keçirilən mərhələnin ilk oyununda Macarıstana 1:3 (19:25, 25:22, 27:29, 16:25) hesabı ilə məğlub olub.

Shares: