Tanınmış xorvatiyalı model İvana Knoll dünya çempionatı üçün okeanın o tayına gedib. İvana qrup mərhələsinin 1-ci turunun İngiltərə – Xorvatiya (4:2) matçında iştirak edib və oyundan foto paylaşıb. Knoll həmçinin Panama – Xorvatiya qarşılaşmasında da tribunada olacağını anons edib.
Maraqlıdır ki, bu, modelin iştirak etdiyi ilk böyük futbol turniri deyil — iki il əvvəl o, Avro-2024-ün İspaniya ilə oyununu da canlı izləmişdi.
L qrupunun 2-ci turu çərçivəsində Panama və Xorvatiya milliləri arasındakı matç iyunun 23-dən 24-nə keçən gecə “Bi-Em-O Fild” (Toronto, Kanada) stadionunda baş tutacaq. Baş hakim qismində qabonlu Pyer Açio çıxış edəcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 05:00-da səslənəcək.
L qrupunda 1-ci turdan sonra Panama millisi xal qazanmayıb və üçüncü pillədə qərarlaşıb. Xorvatiya da xalsız eyni vəziyyətdə dördüncü sıradadır. İkinci yerdə Qana, birinci yerdə isə İngiltərədir.
Qrup mərhələsi iyunun 11-dən 27-nə qədər davam edəcək. Pley-off mərhələsinə hər qrupdan ən yaxşı iki komanda, həmçinin üçüncü yeri tutan ən yaxşı səkkiz komanda vəsiqə qazanacaq.







