Rafael Fiziyev Castin Geycinin İlya Topuriya ilə qarşılaşmadakı qələbəsindən sonra təəssüratlarını bölüşüb.
“Onun adına çox şadam. Qələbəsi məni bərk motivasiya etdi. Düşünürəm ki, əgər o mənim bədənimdə ola bilsəydi və döyüşdən sonra nə hiss etdiyimi duysaydı, məni qucaqlayıb deyərdi: “Qardaş, buna görə sənə sağ ol. Mənim üçün sevindiyinə görə çox sağ ol”.
O, qələbəsi ilə məni çox motivasiya etdi və şadam ki, onunla iki dəfə döyüşmüşəm. Döyüşü bitirmə tərzi — heyrətamiz idi”, – deyə Fiziyev bildirib.
Rafael Fiziyev və Castin Geyci iki dəfə – 2023-cü və 2025-ci ilin mart aylarında döyüşüblər. Hər iki qarşılaşmada Geyci hakimlərin qərarı ilə qalib gəlib.






