2025/26 mövsümü 28 yaşlı mərkəz oyunçusu Ömər Yurtseven üçün uğurlu alınmayıb.

Biqmen mövsümə “Panatinaikos”da başlasa da, komandadan kənarlaşdırılıb.

O, müvəqqəti olaraq ABŞ-yə qayıdıb, sonra isə mövsümü “Real”da başa vurub.

Yurtseven Yunanıstan komandasının heyətində Avroliqada 19 matçda meydana çıxıb və orta hesabla 12,6 dəqiqə ərzində 6,3 xal və 3,5 ribaundla yadda qalıb.

“Anadolu Efes” azad agentlər bazarına çıxmalı olan basketbolçunun vəziyyətini diqqətlə izləyir və onun nümayəndələri ilə danışıqlar aparır.

Əlavə edək ki, İstanbul klubu üçün də keçən mövsüm həddindən artıq uğursuz alınıb.

Shares: