Qanalı cadugər Nana Kvaku Bonsam İngiltərə millisinin kapitanı Harri Keynin üzərindəki lənəti götürdüyünü elan edib.
O, britaniyalı hücumçu DÇ-2026-nın 2-ci turunun matçında Qana millisinin qapısına qol vura bilməsin deyə lənət oxumuşdu.
Keyn rəqib qapısına yol tapa bilməyib və oyun 0:0 hesabı ilə başa çatıb.
“Mən bütün dünyada ən qüdrətli spiritualistəm və indi Harri Keyni azad edirəm ki, növbəti matçda qol vura bilsin. Harri, incimə”, — deyə cadugər öz sosial şəbəkə səhifəsində yazıb.
Xatırladaq ki, ilk turun Xorvatiyaya qarşı matçında İngiltərə millisinin hücumçusu Harri Keyn dubla imza atmışdı.






