Braziliya millisinin tarixində ən yaxşı bombardir olan Neymar 981 günlük fasilədən sonra yenidən milli komandanın formasını geyinib.
34 yaşlı hücumçu DÇ-2026-nın qrup mərhələsinin III turunda Şotlandiyaya qarşı keçirilən oyunun 76-cı dəqiqəsində meydana daxil olub.
O, baldır əzələsindən aldığı zədə səbəbindən turnirdə komandasının ilk iki matçını buraxmışdı. Neymarın Braziliya millisindəki əvvəlki oyunu 2023-cü il oktyabrın 18-nə təsadüf edib.






