Braziliya millisinin hücumçusu Neymar 2026-cı il dünya çempionatındakı istirahət günündə 880 min avro dəyərində qol saatı alıb. “A Bola” nəşrinin yaydığı məlumata görə, 34 yaşlı hücumçu Nyu-Yorkda yerləşən “Jacob & Company” zərgərlik salonuna şəxsən baş çəkərək yeni modeli alıb.
Satınalma anı lentə alınaraq brendin sosial şəbəkə hesablarında paylaşılıb. Videoda Neymar və şirkətin təsisçisi Ceykob Arabo “TikTok”un gündəm olan trendində iştirak ediblər ki, bu da videonun sürətlə yayılmasına səbəb olub.
Neymar dəyəri bir neçə milyon avro qiymətləndirilən lüks saat kolleksiyası ilə tanınır. Onun kolleksiyasındakı bəzi nümunələrin qiyməti 2 milyon avronu ötür.
Braziliya millisi 2026-cı il dünya çempionatında mübarizəni davam etdirir. Neymarın komandası növbəti oyununu Yaponiya yığmasına qarşı keçirəcək.
