İngiltərə millisinin müdafiəçisi Carell Kuansa zədələnib.
Futbolinfo.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsində Panama ilə keçirilən və 2:0 hesabı ilə başa çatan matçda zədələnən futbolçu ikinci hissədə meydanı tərk edib.
Baş məşqçi Tomas Tuxel Kuansanın topuğunu burxduğunu və vəziyyətinin ciddi görünmədiyini bildirib. Onun sözlərinə görə, müdafiəçi əvvəllər də oxşar zədə alıb və bərpasının bir neçə gün çəkəcəyi gözlənilir.
Kuansa İngiltərə millisində zədələnən üçüncü sağ cinah müdafiəçisi olub. Bundan əvvəl Tino Livramento və Ris Ceyms də sıradan çıxmışdı.
L qrupunu lider başa vuran İngiltərə 1/16 finalda Konqo DR ilə qarşılaşacaq.
