Liam Rosenyor yenidən Liqa 1-də işləyəcək. “Strasbur”un sabiq başş məşqçisi “Paris”lə danışıqlar aparır.

Futbolinfo.az xəbər verir ki, 41 yaşlı çalışdırıcı bu ilin yanvarından aprelinədək “Çelsi”də işləyib. Amma uğursuz nəticələr Syerra-Leone əsilli ingiltərəlinin istefasına səbəb olmuşdu.

İndi o, istefaya göndərilən Antone Kombuareni əvəz edə bilər. Parislilərlə iki illik anlaşma müzakirə edilir. Fransa klubu Londondakı uğursuzluğa rəğmən, “Strasbur”da yaxşı işlər görən mütəxəssisə güvənmək istəyir.

Shares: