“Şamaxı”dan ayrılan ukraynalı futbolçu Vladislav Vremeyev özünə yeni klub tapıb. Futbolinfo.az-ın məlumatına görə, o, Ermənistanda oynayacaq.

27 yaşlı müdafiəçi “Urartu” ilə anlaşıb. Keçidin yaxın saatlarda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Vladislav Veremeyev 2025-ci ildən “Şamaxı”dan çıxış edirdi.

Daha öncə “Şamaxı”nın digər futbolçusu Sezar Enrike də Ermənistann “Alaşkert” klubuna keçmişdi. Sözügedən klub bu yay “Qəbələ”nin hücumçusu Domi Massumunu da heyətinə qatıb.

Shares: