Futbol üzrə dünya çempionatında Braziliya və Yaponiya yığmaları arasında keçirilən 1/16 final matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “sambaçılar”ın heyətində Kazemiro oyunun ən yaxşısı adına layiq görülüb.
Yarımmüdafiəçi bu görüşdə (2:1) komandasının bərabərlik qolunu vurub.
