ABŞ yığmasının baş məşqçisi Mauritsio Poçettino yetirmələrinin Bosniya və Herseqovina ilə matçda xarakter nümayiş etdirməsindən razıdır.
Argentinalı mütəxəssis bunu DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra deyib: “Çox çətin oyun oldu. Futbolçularım böyük xarakter nümayiş etdirdilər və ən vacibi, sonadək komandaya inandılar. Rəqib yaxşı müdafiə olunurdu, amma səbirli olduq və fürsətləri dəyərləndirdik. Azlıqda qalsaq da, nizam-intizamı qoruduq və qələbəyə layiq olduğumuzu göstərdik. İndi diqqətimizi növbəti oyuna yönəltməliyik”.
Qeyd edək ki, ABŞ Bosniya və Herseqovina seçməsinə 2:0 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.
