Konfrans Liqasına hazırlaşan “Zirə” çətin vəziyyətə düşüb. Məsul oyunlara qısa müddət qalarkən qəsəbə təmsilçisi əsas qapıçısını itirib.
Futbolinfo.az xəbər verir ki, Tyaqo Silva ilə vidalaşan “qartallar” Maykon Kleytonla müqavilə imzalayıb. Amma komandaya yeni cəlb edilən braziliyalı məşqdə ciddi zədə alıb. Onun uzun müddət yaşıl meydanlardan kənar qalacağı dəqiqdir.
“Zirə”nin dünən Hüseynəli Quliyevi tələsik heyətinə qatması bununla bağlıdır. Amma “İmişli”nin ikinci qapıçısı qəsəbə təmsilçisində də ehtiyatda qalacaq. Baş məşqi Rəşad Sadıqovun avrokubok matçlarında Anar Bayramova güvənməsi gözlənilir. Kleyton sağaldıqdann sonra isə Quliyev üçüncü qolkiperə çevriləcək.
