Madridin "Real" klubunun qapıçısı İker Kasilyasla bağlı ayrılıq xəbərləri səngimək bilmir. Futbolinfo.az xəbər verir ki, qolkiper özü dəfələrlə karyerasını "Kral Klubu"nda başa vuracağını desə də, mətbuatda mütəmadi olaraq əsas heyətə düşə bilmədiyi üçün onun "Real"dan gedəcəyi yazılır.
İndi də İspaniyanın "AS" qəzeti İkerin klubdan ayrılmaq istədiyini yazıb. Belə ki, 32 yaşlı futbolçu mövsümün sonuna qədər əsas heyətə qaytarılmasa, komandadan gedəcək.
Qeyd edək ki, Kasilyasla İngiltərənin "Arsenal" və "Mançester Siti" klubları yaxından maraqlanır.






