FIFA-nın sabiq prezidenti Yozef Blatter ABŞ yığmasının futbolçusu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğvini kəskin tənqid edib.
Futbolinfo.az xəbər verir ki, o, bu qərara sosial şəbəkə hesabı vasitəsilə etirazını bildirib.
“Qırmızı vərəqələr siyasətçilərlə telefon danışıqlarından sonra ləğv edilə bilməz. Bu səlahiyyət yalnız sübutlar əsasında qərar qəbul edən müstəqil orqanlara məxsusdur. Ağ Ev rəhbəri müdaxilə edib ali qurumun başçısına müraciət ünvanlayırsa, o zaman aydın bir sual yaranır: hara gedirsən, FIFA? Futbol siyasət oyunları meydanına çevrilməməlidir”, – Y.Blatter vurğulayıb.
Qeyd edək ki, DÇ-2026-nın 1/16 finalında, Bosniya və Herseqovina ilə oyunda meydandan kənarlaşdırılan Folarin Baloqanın cəzası ABŞ prezidenti Donald Trampın FIFA prezidenti Canni İnfantino ilə danışığından sonra ləğv edilib.
