İngiltərənin “Tottenhem” klubu İtaliya yığmasının yarımmüdafiəçisi Sandro Tonalinin transferini rəsmiləşdirib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı oyunçu London təmsilçisinə iş icazəsi alındıqdan sonra qoşulacaq.

Təcrübəli futbolçu 2023-cü ilin iyulunda “Nyukasl”a keçib və 110 qarşılaşmada 10 qol müəllifi olub. O, komandaya 2025-ci ildə İngiltərə Liqa Kubokunu qazanmaqda və klubun 70 illik titul həsrətinə son qoymaqda yardım edib.

Qeyd edək ki, İtaliyanın U-19 və U-21 yığmalarında çıxış etmiş S.Tonali əsas milli komandada debütünü 2019-cu ilin oktyabrında, Lixtenşteynə qarşı oyunda gerçəkləşdirib. O, indiyədək keçirdiyi 32 matçda 4 qol vurub.

Shares: