“Qarabağ”ın hücumçusu Kamilo Duranın Şotlandiyanın “Seltik” klubuna transferi an məsələsidir.

Futbolinfo.az “Dailyrecord” nəşrinə istinadən xəbər verir ki, kolumbiyalı futbolçu qlazqolularla müqavilənin şərtlərini razılaşdırıb.

24 yaşlı forvardın nümayəndələri ötən həftə Şotlandiyaya gedərək klub rəsmiləri ilə görüşmüşdü. Məlumata görə, tərəflər artıq şəxsi müqavilə imzalayıblar.

İndi qalır “Qarabağ” rəhbərliyini bu keçidə razı salmaq. Ağdamlıların isə transfer üçün minimum tələbi 3 milyon funt-sterlinqdir. “Seltik” hücum xətti üçün prioritet hesab etdiyi Duran üçün bu məbləği ödəməyi planlaşdırır.

Qeyd edək ki, “Qarabağ” Kamilo Duranı ötən ilin yayında “Portimonense”dən 200 min funt-sterlinqə transfer edib. Deməli, onun dəyəri bir ildə 15 dəfə artıb.

Shares: