Futbol üzrə dünya çempionatında 1/4 finala yüksələn meydan sahibi qalmadı. Kanada və Meksikanın ardınca ABŞ də mübarizəni 1/8 finalda dayandırdı.
Sietl stadionunda keçirilən qarşılaşmada Belçika turnrdəki ən yaxşı oyununu göstərə bildi. İlk dəqiqələrdən hücuma atılan avropalılar 4:1 hesablı qələbə qazandı.
Belçikanın heyətində Şarl de Ketelare (9; 33), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) fərqləndi. Amerikalıların yeganə qolu isə Malik Tillmanın (31) aktivinə yazdırdı.
1/4 finala yüksələn Belçikanın bu raunddakı rəqibi İspaniya olacaq.
