ABŞ yığmasının baş məşqçisi Maurisio Poçettino məyusdur. O, Belçika yığmasına qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyununda aldıqları 1:4 hesablı məğlubiyyət həzm edə bilmir.
Bununla belə, argentinalı mütəxəssis rəqibin üstün oynadığını etiraf edir: “Başlanğıcdan etibarən bizim üçün çox çətin oyun alındı. Belçika millisini təbrik edirəm, onlar üstün oynadılar. Bu gün bizim günümüz deyildi. Bu sözləri bəhanə kimi qəbul etmək olmaz. Adətən nümayiş etdirdiyimiz oyunu sərgiləyə bilmədik və reallıq bundan ibarətdir. Bu matçdan nəticə çıxarmalı, oyunu təhlil etməli və dünya çempionatının əvvəlki qarşılaşmalarından fərqli olaraq niyə bu görüşə eyni yanaşmanı göstərə bilmədiyimizi anlamalıyıq”.
Qeyd edək ki, Belçika 1/4 finalda İspaniya yığması ilə qarşılaşacaq.
