Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni komandası “Bursaspor” qarşıdakı mövsümün hazırlığının ikinci mərhələsinə başlayıb.
Fubolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komanda iyulun 15-dək hazırlıq keçmək üçün Boluya yollanıb.
Baş məşqçi Mustafa Er təlim-məşq toplanışının ikinci mərhələsinə 26 futbolçu aparıb. Onlar arasında yeni transfer Toral Bayramov da var. Əvəzində mütəxəssis ilk hazırlıqda iştirak edən oyunçulardan 7 nəfəri Boluya aparmayıb.
“Bursaspor” toplanış çərçivəsində ilk yoxlama oyununu iyulun 9-da keçirməyi planlaşdırır. Lakin rəqibin kimliyi hələ bəlli deyil.
