Azərbaycanda 2 klubun formasını geyinmiş Dmitri Klets komandasını dəyişib.

Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi karyerasını öz ölkəsində davam etdirəcək. Belə ki, o, yerli “Çernomorets” klubu ilə anlaşıb.

“Keşlə” (indiki “Şamaxı”) və “Sabah”ın sabiq oyunçusu 2021-ci ildən formasını geyindiyi “Veres”i tərk edərək “Çernomorets”ə keçib. Klets yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Dmitri Klets 2020-ci ildə “Keşlə”də, 2021-ci ildə isə “Sabah”da oynayıb.

Shares: