Avropa Liqasının seçmə mərhələsinin ilk turunda Bakıda keçiriləcək ilk oyundan əvvəl “Qarabağ” və İslandiyanın “Vestri” komandalarının baş məşqçilərinin mətbuat konfransının vaxtları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah saat 19:15-də “Azərsun Arena”da jurnalistlər önünə çıxacaq. Komandanın son məşqi isə konfransdan 15 dəqiqə sonra start götürəcək.
Qonaqların məşqçisi Daniel Osafo-Badu həmin gün saat 17:30-da Tofiq Bəhramov adına stadionda media nümayəndələri ilə görüşəcək. Onun komandasının məşqi də saat 18:00-da orada başlayacaq.
Hər iki məşqin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.
“Qarabağ” – “Vestri” matçı iyulun 9-da Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:00-da başlayacaq.
