“Futbolçularımla qürur duyuram”. Bu sözləri Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso deyb.
Təcrübəli mütəxəssis futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə qarşılaşmadan sonra mətbuat konfransında danışıb: “Matç ərzində kifayət qədər imkanlarımız oldu, lakin onlardan yararlana bilmədik. Penaltilər seriyası həmişə çətindir və müəyyən qədər şans amili də rol oynayır. İsveçrəni növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm”.
Qeyd edək ki, Kolumbiya İsveçrəyə penaltilər seriyasında (3:4) məğlub olub.
