Almaniyanın “Herta” klubu azərbaycanlı futbolçu Raul Süleymanovla peşəkar müqavilə bağlayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə 16 yaşlı hücumameyilli yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycanın U-21 millisinin üzvü 2-ci Bundesliqa təmsilçisi ilə sözləşmə imzaladığı üçün qürur hissi keçirdiyini vurğulayıb:

“Etimada görə təşəkkür edirəm. “Herta” ilə ilk peşəkar müqaviləmi imzaladığım üçün qürur duyuram. Qarşıdakı dövrü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Raul Süleymanov “Herta”nın gənclərdən ibarət komandasında çıxış edirdi.

Shares: