İran millisinin baş məşqçisi Əmir Qalenoi ilə müqavilənin müddəti uzadılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyası məlumat yayıb.
Bildirilir ki, 61 yaşlı mütəxəssis 2027-ci ilin yanvarında Səudiyyə Ərəbistanında keçiriləcək Asiya Kubokunun sonuna qədər yığmaya rəhbərlik edəcək.
Qalenoi 2023-cü ildən İran millisini çalışdırır. Komanda onun rəhbərliyi altında DÇ-2026-nın qrup mərhələsində hər üç oyunda heç-heçə edərək cüzi fərqlə pley-offa yüksəlmək şansını əldən verib.
