Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb. 39 yaşlı futbolçu mundiallarda məhsuldar ötürmələrinin sayını 10-a çatdıran ilk oyunçu olub.
Messi bu göstəriciyə DÇ-2026-nın 1/4 finalında İsveçrə millisi ilə oyunda nail olub. Onun məhsuldar ötürməsini Aleksis Makallister qola çevirərək Argentina yığmasını 1:0 hesabı ilə önə çıxarıb.
Qeyd edək ki, Messi əvvəlki mərhələdə Misir millisi ilə qarşılaşmada (3:2) dünya çempionatlarında məhsuldar ötürmələrin sayına görə həmyerlisi Dieqo Maradonanı geridə qoyaraq bu göstərici üzrə rekordçu olmuşdu. İndi isə o, öz göstəricisini yenilədi.
