“Leypsiq” heyətini Maksim Esteve ilə gücləndirəcək. Almaniya klubu “Bernli”nin stopperi üçün qarşı tərəfə bonuslarla birlikdə 32 milyon avro ödəməyə razılaşıb.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı fransalı şəxsi müqaviləsinin detallarını razılaşdıran kimi transfer baş tutacaq. İngilislər 2030-cu ilədək müqaviləsi olan müdafiəçini satıb hədəfində olan iki gənc futbolçunu almaq istəyir.
Esteve 2 il öncə “Monpelye”dən 12 milyon avroya transfer edilib.
