Yeddiqat MotoGP çempionu, “Dukati”nin ispaniyalı motosikletçisi Mark Markes Almaniya Qran-Prisinin təsnifat mərhələsində ən yaxşı nəticəni göstərərək poul mövqeyini qazanıb.

Markes “Zaksenrinq” trasının yeni rekordunu müəyyənləşdirib. O, ən sürətli dövrəni 1:19.041 nəticə ilə tamamlayıb. “Qrezini” komandasından çıxış edən qardaşı Aleks Markes liderdən cəmi 0,061 saniyə geri qalaraq ikinci, “VR46″nın sürücüsü Fabio Di Cannantonio isə üçüncü olub.

Təsnifatın diqqətçəkən hadisələrindən biri “Apriliya”nın zavod komandasının pilotu Marko Bedzekkinin qəzası olub. İtaliyalı sürücü ikinci sessiyanın əvvəlində yıxıldığı üçün mübarizəni davam etdirə bilməyib və 8-ci yeri tutub. Onun komanda yoldaşı Xorxe Martin isə 9-cu nəticə göstərib.

Françesko Banyaya ilk təsnifat sessiyasından keçmək məcburiyyətində qalıb. Həmin mərhələni qalib başa vursa da, ikinci sessiyada yalnız 11-ci nəticəni göstərə bilib. “VR46” komandasının sürücüsü Franko Morbidelli 7-ci olsa da, Pedro Akostaya mane olduğuna görə aldığı cəzaya əsasən yarışa startda üç mövqe geridən başlayacaq.

Shares: